BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

"Azəriqaz"dan Pravda.az-a verilən məlumata görə, Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin “Bülbülə” qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

"Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunur.

Tarix: 15 İyul 2025, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin