BURADA REKLAMINIZ OLA
BİLƏR

Elnarə: “Həyatım hamıya nümunədir”

Müğənni Elnarə Xəlilova “Full şou”da verdiyi açıqlamalarla gündəmə gəlib.

 

Pravda.az xəbər verir ki, müğənni bəzi həmkarlarının ona paxıllıq etdiyini deyib.

 

“Mən sənətkaram. Elnarə heç vaxt özünə “sənətkar” demir, Elnarə üçün bu sözü xalq deyir. Hətta bunu xalq artistlərimiz də deyirlər. Özümü şou-biznesdə hesab etmirəm. Mən mədəniyyətdə, sənətdəyəm. Şou-biznes pis olduğu üçün bunu demirəm, amma hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Nə toy, nə də restoran bazarında varam, nə də şou-proqramlarda. Elnarə dövlət qulluqçusudur, bu, bəs edir. Allaha şükür, həyatım hamıya nümunədir. Buna görə də müqayisə etməyə belə dəyməz. İki ali təhsil, ailə, dörd övlad, qanacaq, qabiliyyət... O qədər şey sadalaya bilərəm ki. “Niyə Elnarədə var, məndə yoxdur?” Paxıllıq...” – o bildirib.

 

Tomris

Tarix: 15 İyul 2025, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin