BURADA REKLAMINIZ OLA
BİLƏR

Evə maskalı basqın edərək qadını hədələyən şəxslə bağlı qərar çıxarıldı

Şəki Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Azər Babayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 06 dekabr 2023-cü il tarixdə saat 08 radələrində Qəbələ rayonunun Zarağan kəndində qeydə alınıb.


Belə ki, Azər Babayev kəndə qohumunun evinə həyətinə hasarın üzərindən keçməklə daxil olub. Sonra o, evdə tək olan zərərçəkmiş Məlahət Quliyevaya (şərti) qarşı basqın edib qolundan tutaraq üzərində gəzdirdiyi mətbəx bıçağı ilə onu hədələyib. Bu zaman Azər qadından pul və qızıl-zinət əşyaları tələb edib. Məlahət Quliyeva isə ona müqavimət göstərib sifətindəki maskanı çıxarmaq istəyib. Azər isə oradan qaçaraq uzaqlaşıb.


Hadisədən sonra Azər Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 16 İyul 2025, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin