Reklam

Arvadını xüsusi amansızlıqla bıçaqlayan şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Eşqin Fərəcovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, hadisə 28 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Gədəbəy rayonu ərazisində qeydə alınıb.


Belə ki, 1998-ci il təvəllüdlü Eşqin Fərəcov qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş G.Xəlilovaya digər şəxsə borclu olduğunu və pula ehtiyacı yarandığını söyləyib. Qadın isə ona borc pul verə bilməyəcəyini söyləyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Nəticədə Eşqin G.Xəlilovanın uşaqlarının gözləri qarşısında ona mətbəx bıçağı ilə vuraraq xəsarət yetirib.


Hadisədən sonra Eşqin Fərəcov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 16 İyul 2025, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin