BURADA REKLAMINIZ OLA
BİLƏR

Əflatun Amaşov: “Heydər Əliyev qiymətləndirilməli olan nəhəng liderdir”

Azərbaycan xalqı tarixi şəxsiyyətlər baxımından heç zaman korluq çəkməyib. Onların hər biri inkişafımızda, milli özünüdərkimizdə məxsusi rol oynayıblar. Ulu öndər Heydər Əliyev də bu baxımdan qiymətləndirilməli olan tarixi şəxsiyyətdir, ən əsası isə nəhəng liderdir.

 

Heydər Əliyev XX əsr siyasi tariximizin, heç şübhəsiz bütövlükdə dünya tarixinin ən parlaq simalarındandır. Onun həyat və fəaliyyəti xalqımızın özünütəsdiqidir, həmçinin dövlət milləti olmaq yolundakı mükəmməl dirənişimizin bariz nümunəsidir. Bu nümunə gələcək nəsillər üçün qürurlu mirasımızdır.

 

Heydər Əliyev əzmdir, iradədir, qətiyyətdir, prinsipiallıqdır, dönməzlikdir, vətənpərvəlikdir, sadəlikdir. Bu keyfiyyətləri ilə milyonların qəlbindədir, xatirəsi daim əzizdir.

 

Dərin hörmət və ehtiramla anırıq.

 

Allah rəhmət eləsin!

 

Əflatun Amaşov,

 

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri

Tarix: 11 Dekabr 2019, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin