Ev tikmək istəyən vətəndaşlar zaman-zaman mümkün tələblərə görə çaşqınlıq yaşayırlar. Prosesin düzgün aparılması üçün müvafiq icazələrin alınması və qaydalara riayət edilməsi vacib olsa da, çoxları bundan xəbərsizdir. Bu isə nəticədə qanuni problemlərə və tikinti ilə bağlı digər çətinliklərə səbəb ola bilər.
Fərdi ev tikintisi üçün icazə alınmalıdırmı? Bunun üçün nəzərdə tutulan rüsum var? Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, yaşayış evi tikmək istəyən hər bir fiziki və ya hüquqi şəxs bu prosesi müvafiq qanunvericiliyə uyğun şəkildə həyata keçirməlidir:
“Bu məsələ “Şəhərsalma və Tikinti Məcəlləsi”, “Torpaq Məcəlləsi” və digər normativ hüquqi aktlarla tənzimlənir. Tikinti işlərinə başlanmazdan öncə bir sıra hüquqi prosedurlar yerinə yetirilməli, müvafiq icazələr alınmalı və tələb olunan rüsumlar ödənilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaşayış evlərinin və digər tikililərin inşası üçün əvvəlcədən tikinti layihələndirmə sənədləri hazırlanmalı və yerli icra hakimiyyəti orqanlarından tikinti icazəsi alınmalıdır. Lakin həmin məcəllənin 94-cü maddəsinə əsasən, bəzi hallarda tikinti icazəsi alınmadan tikinti işlərinə başlamaq mümkündür. 12 metrə qədər hündürlüyü olan bir mərtəbəli fərdi yaşayış evləri, kənd təsərrüfatı təyinatlı və müvəqqəti tikililər bu qəbildəndir”.
Hüquqşünas bildirib ki, tikinti icazəsinin alınması üçün müəyyən sənədlər tələb olunur:
“Belə ki, torpaq sahəsinin mülkiyyət çıxarışı, əraziyə dair baş plan yaxud müvafiq planlaşdırma sənədi, eskiz layihə, mühəndis-texniki təminatla bağlı razılaşmalar və müraciət ərizəsi aidiyyəti üzrə təqdim edilməlidir. İcazə alınmadan və ya normativ tələblərə uyğun olmadan həyata keçirilən tikinti işləri qanunsuz hesab olunur. Belə hallarda tikinti dayandırıla, sökülə və obyektə dair hüquqlar rəsmiləşdirilməyə bilər. Eyni zamanda, vətəndaş inzibati məsuliyyətə cəlb olunur. Fiziki şəxslərə 1500, hüquqi şəxslərə isə 10 min manata qədər cərimə tətbiq oluna bilər. Tikinti icazəsinin verilməsi özü-özlüyündə rüsumlu xidmət deyil. Lakin bəzi texniki prosedurlar zamanı müxtəlif xidmət haqlarının tətbiq edilməsi mümkündür”.
6 Mart 19:06
6 Mart 18:45
6 Mart 18:43
6 Mart 18:40
6 Mart 18:39
6 Mart 18:34
6 Mart 18:32
6 Mart 18:29
6 Mart 18:11
6 Mart 18:02
6 Mart 18:00
6 Mart 17:44
6 Mart 17:39
6 Mart 17:38
6 Mart 17:17
6 Mart 16:53
6 Mart 16:50
6 Mart 16:50
6 Mart 16:35
6 Mart 16:27
6 Mart 16:24
6 Mart 16:19
6 Mart 16:13
6 Mart 15:53
6 Mart 15:38
6 Mart 15:32
6 Mart 15:30
6 Mart 15:28
6 Mart 15:27
6 Mart 15:04
6 Mart 15:01
6 Mart 15:01
6 Mart 14:59
6 Mart 14:51
6 Mart 14:08
6 Mart 13:49
6 Mart 13:47
6 Mart 13:45
6 Mart 13:43
6 Mart 13:37
6 Mart 13:20
6 Mart 13:12
6 Mart 13:00
6 Mart 12:58
6 Mart 12:57
6 Mart 12:29
6 Mart 12:17
6 Mart 12:06
6 Mart 12:01
6 Mart 11:59
6 Mart 11:57
6 Mart 11:27
6 Mart 11:24
6 Mart 11:21
6 Mart 11:15
6 Mart 11:13
6 Mart 11:12
6 Mart 10:53
6 Mart 10:30
6 Mart 10:27
6 Mart 10:25
6 Mart 10:25
6 Mart 10:21
6 Mart 10:18
6 Mart 10:17
6 Mart 10:04
6 Mart 10:02
6 Mart 09:58
6 Mart 09:49
6 Mart 09:37
6 Mart 09:33
6 Mart 08:59
6 Mart 03:23
6 Mart 01:57
6 Mart 01:12
6 Mart 01:09
6 Mart 00:52
6 Mart 00:39
6 Mart 00:36
6 Mart 00:32
6 Mart 00:29
6 Mart 00:28
6 Mart 00:24
6 Mart 00:22
5 Mart 22:31
5 Mart 22:28
5 Mart 22:26
5 Mart 22:22
5 Mart 22:09
5 Mart 21:51
5 Mart 21:31
5 Mart 21:27
5 Mart 21:12
5 Mart 21:00
5 Mart 20:57
5 Mart 20:52
5 Mart 20:46
5 Mart 20:42
5 Mart 20:39
5 Mart 20:04
5 Mart 20:03
5 Mart 19:51
5 Mart 19:48
5 Mart 19:46
5 Mart 19:27
5 Mart 19:25
5 Mart 19:12
5 Mart 19:10
5 Mart 18:55
5 Mart 18:48
5 Mart 18:24
5 Mart 17:57
5 Mart 17:50
5 Mart 17:49
5 Mart 17:28
5 Mart 17:24
5 Mart 17:21
5 Mart 17:19
5 Mart 16:56
5 Mart 16:54
5 Mart 16:52
5 Mart 16:50
5 Mart 16:39
5 Mart 16:38
5 Mart 16:36
5 Mart 16:33
5 Mart 16:31
5 Mart 16:30
5 Mart 16:26
5 Mart 16:26
5 Mart 16:25
5 Mart 16:20
5 Mart 16:18
5 Mart 16:17
5 Mart 16:16
5 Mart 16:15
5 Mart 16:08
5 Mart 16:05
5 Mart 16:00
5 Mart 15:55
5 Mart 15:45
5 Mart 15:43
5 Mart 15:33
5 Mart 15:27
5 Mart 15:24
5 Mart 15:22
5 Mart 15:17
5 Mart 15:13
5 Mart 15:08
5 Mart 15:02
Ən son xəbərləri səhifəmizdən də izləyin