BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 103 minlik dələduzluqda ittiham olunan şəxslə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən R.Mirişovun barəsindəki bəraət hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib.

 

İttihama görə, 2015-ci ildə R.Mirişov atası F.Mirişli ilə əlbir olaraq, zərərçəkmiş Ə.Zamanova ev satmaq adı ilə ondan 103 min manat pulu dələduzluq yolu ilə alıb. Lakin təqsirləndirilən şəxs ittihamı qəbul etmir.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 17 İyul 2025, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin