BURADA REKLAMINIZ OLA
BİLƏR

Bədəndə yaranan qəhvəyi ləkələrə necə son qoymaq olar?

Qəhvəyi dəri ləkələri adətən ciddi sağlamlıq problemi yaratmasa da, gənc yaşda ortaya çıxan bu tip ləkələr qaraciyər xəstəlikləri, çillənmə kimi problemlərin əlaməti ola bilər.


Pravda.az bildirir ki, xüsusilə 50 yaşdan aşağı insanlarda və günəşə məruz qalmadığı halda bu ləkələr müşahidə edilirsə, səbəbin aydınlaşdırılması üçün həkimə müraciət tövsiyə olunur. Ləkələr ən çox əllərdə, üzdə və ayaqlarda rast gəlinir.


Qəhvəyi ləkələr nədən yaranır?


Qəhvəyi ləkələrin əsas səbəbləri arasında yaşlanma, günəşin ultrabənövşəyi şüalarına uzunmüddətli məruz qalma, hamiləlik dövründəki hormonal dəyişikliklər və bəzi dərmanların yan təsirləri yer alır. Melanin adlı rəng pigmentinin dəridə toplanması ilə bu ləkələr formalaşır. Bəzi hallarda isə genetik meyillilik, stress və qaraciyər pozuntuları da təsir edə bilər.


Qəhvəyi ləkələr necə müalicə olunur?


Müalicədə antioksidant tərkibli kremlər – retinol, C və E vitaminləri, azelain turşusu kimi maddələr istifadə olunur. Təbii üsullar arasında ən məşhuru isə limon suyunun tətbiqidir. Estetik narahatlıq yaradan ləkələr üçün karbon pilinq, dermapen, kimyəvi pilinq, PRP, mezoterapiya və lazer müalicəsi kimi dermatoloji prosedurlar da tətbiq oluna bilər. Əgər ləkələr qaraciyər probleminə bağlıdırsa, ilk növbədə həkim nəzarəti altında uyğun müalicəyə başlanmalıdır.


Əminə Bayramova

Tarix: 17 İyul 2025, 14:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin