BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Masallıda iki gəncin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Qorxmaz Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.


Qeyd: Hadisə 2023-cü il dekabrın 9-da Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar - 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi) maddəsi ilə ittiham irəli sürülüb.


Bildirilib ki, qəzada həyatını itirən İslam Əliyev həm də gənc şair olub, onun şeirləri bir neçə dəfə mətbuatda dərc edilib.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qorxmaz Hüseynova 7 il həbs cəzası verilib. Onun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib. Şirvan Apellyasiya Məhkəməsinin hökmü dəyişdirmədən saxlayıb.


Kamal Məmmədov 

Tarix: 18 İyul 2025, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin