BURADA REKLAMINIZ OLA
BİLƏR

“Top.az”ın qarşısında söyüşə görə dava salan şəxslər məhkəmə zalından həbs edildi

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Niyaməddin Səfərov və Mahal Əlizadənin (hər ikisinin soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Mahal Əlizadə 1 il 7 ay 28 gün və Niyaməddin Səfərov isə 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hər iki məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, hadisə 06 aprel 2024-cü il tarixdə, saat 20:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Top.az” idman mərc oyunları klubunun qarşısında qeydə alınıb.

 

Belə ki, qohumlar olan Niyaməddin Səfərovla Mahal Əlizadə zərərçəkmiş Elburus Quliyevə (soyadı şərtidir) yaxınlaşıb onun mobil telefonda söyüşlə danışmasını bəhanə edib. Onlar əvvəlcə səs-küy yaradaraq küçədə toplaşan şəxslərin gözü qarşısında zərərçəkmiş şəxsə nalayiq sözlər deyib, ardınca isə əlləri ilə tutub yerə yıxaraq Elburusu döyüblər.

 

Hadisədən sonra hər iki şəxs saxlanılıb və başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

 

Tarix: 18 İyul 2025, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin