BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Naxçıvan istiqamətində də təxribata cəhd etdi – SON DƏQİQƏ

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

 

Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

 

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Tarix: 13 İyul 2020, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin