150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşüb. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” maarifçi ideyaların carcısına çevrilib, cəhalətə və xurafata qarşı dərc etdiyi kəskin məqalələrlə milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib.
Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, bir əsr yarım bundan əvvəl Azərbaycan mətbuatının yaranması öz-özlüyündə mühüm tarixi hadisədir.

“150 il bundan əvvəl heç də bütün xalqların mətbu orqanları, Həsən bəy Zərdabi kimi ziyalıları yox idi ki, onlar üçün milli mətbuat yaransın. Məsələnin digər tərəfi bundan ibarətdir ki, Azərbaycan müstəqil olmaya-olmaya Çar Rusiyasının işğalı altında olduğu, azərbaycanlı ziyalıların təqib olunduğu bir vaxtda Həsən bəy Zərdabi dövrün bütün məşəqqətlərinə, əziyyətlərinə, ağır şərtlərinə dözərək, belə bir fədakarlıq nümayiş etdirərək “Əkinçi” qəzetini yaratmaqla milli mətbuatımızın əsasını qoydu. Biz bu gün Həsən bəy Zərdabi fədəkarlığının, maarifləndirməsinin davamçıları olaraq böyük qürur hissi ilə milli mətbuatımızın 150 illik yubileyini keçiririk. 150 il ərzində Azərbaycan mətbuatı, xüsusən, maarifləndirmə və Azərbaycanda intellektual sferanın inkişafı, savadlılıq, ictimai münasibətlərimizdə yeni keyfiyyət yaratmaq baxımından çox mühüm işlər görməyi bacarıb. Azərbaycan mətbuatı Həsən bəy Zərdabi ilə başladı, maariflənmə funksiyasını əsas etibarilə yerinə yetirdi. Bir qədər sonra mətbuatın tənqidi janrlarını mənimsəyərək dövrün eybəcərliklərini, məişətdən tutmuş mədəniyyətimizə, təhsilimizə qədər bütün sahələrdəki çatışmazlıqları tənqidi dillə ictimai rəyin diqqətinə təqdim etməyi bacardı. Beləliklə, nə baş verdi? Mətbuat həm də ölkənin ictimai şüurunu təyin edən bir vasitəyə çevrildi. Bu sırada ən mühüm məsələlərdən biri məhz mətbuatı da maarifləndirməsi sayəsində 1918-ci ildə dövlət qurmağı bacarmağımız oldu. Azərbaycan Xalq Cumhuriyyətinin hər biri həm də bir şəkildə Azərbaycan mətbuatına bağlı idi. Üzeyir Hacıbəyovdan tutmuş Məhəmməd Əmin Rəsulzadəyə qədər, Ömər Faiq Nemanzadədən tutmuş Topçubaşova, Yusif Vəzir Çəmənzəminliyə qədər hər biri Azərbaycan mətbuatının həm yaradıcıları, həm də mətbuatın gücündən dövlət qurmaq üçün istifadə edən siyasətçilər idi. Əlbəttə, sovet dövrü mətbuatımız da ayrıca bir dövrdür. Məcburən yaşadığımız sosialist dövrünün, özünəməxsus lokomativin üzvü idi. Müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən mətbuatın daha da inkişafı üçün ilk dəfə olaraq söz, mətbuat azadlığı yaradıldı və bu, konstitusion hüquq kimi mətbu işçilərə şamil edilməklə milli mətbuat tariximizdə yeni səhifə başladı. Müstəqillik dövründə Azərbaycan mətbuatı məhz bu hüquqi əsaslarda öz fəaliyyətini tənzimləməyi bacardı. Hazırkı mərhələdə isə Azərbaycan Prezidentinin imzaladığı sərəncam elə Azərbaycan mətbuatına, mediasına olan diqqətdir. Azərbaycan mətbuatının daima inkişafı cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu gün belədir, sabah da belə olacaq. Mətbuatımızın üzərinə düşən məsuliyyət və funsionallıq bu gün daha da artıb. Çünki biz yeni tarixi mərhələdə tamamilə yeni mətbuat yaratmaqla dövlətçiliyimizin yeni şərtlərini, maraqlarını informasiya cəbhəsində müdafiə etməyi bacarmalıyıq. Düşünürəm, Azərbaycan mətbuatı bunun öhdəsindən gələ bilir. Bu, mediamızın inkişafında tamamilə yeni mərhələni təşkil edir”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, Milli Mətbuatımızın 150 ildə keçdiyi yolun böyüklüyü təkcə illərin sayı ilə ölçülmür, ölçülə də bilməz:

“Milli Mətbuatımızın böyüklüyü illərin sayı ilə bərabər daha çox məzmununun böyüklüyü ilə ölçülməlidir. Dünyada az sayda xalqlar, dövlətlər var ki, onun milli çap mətbuatının 150 illik tarixi var. Doğrudur, bizdən qat-qat qədim, hətta yüz illərlə ölçülən dərəcədə artıq milli mətbuat tarixi olan ölkələr mövcuddur. Çin, Yaponiya... Amma Azərbaycan qədər 150 illik mətbuat tarixi olan ölkələrin sayı çox deyil. Nə yaxşı ki, Azərbaycan milli mətbuat tarixi olan ölkələrin sırasındadır. 150 ildə Azərbaycan mətbuatı bir neçə ziddiyyətli mərhələdən keçdi. Çar Rusiyasının məhdudiyyətləri dövründə yarandı, amma inkişaf edə bildi. Sovet hakimiyyətinin idealoji basqıları altında fəaliyyətə məhkum edildi, amma dözdü və yaşadı. Nəhayət, müstəqil Azərbaycanın dövründə ən geniş və sərbəst inkişaf yoluna çıxdı. Müstəqil Azərbaycan dövlətinin 30 illik dövrü milli mətbuatımızın inkişafının ən ideal dövrlərindən biridir. Əvvəlki bütün dövrlərdə milli mətbuatımızla mövcud siyasi hakimiyyət və rejimlər daim qarşıdurmada olublar. Həsən bəy Zərdabi ömrü boyu Çar Rusiyası ilə ən azı niyyət və idealoji platformada qarşıdurmada olub, onu təqib edib, qəzeti bağlamaq istəyiblər və sonunda bağlayıblar. Sovet hakimiyyətinin dövründə milli mətbuatımız yenə də idaloji təzyiqlər altında olub. Dövlətlə ürəkdən və qəlbən bir yerdə olmayıb. Yeganə dövrdür ki, müstəqil Azərbaycanın dövründə dövlətlə milli mətbuatımız bir yerdədir. Azərbaycan dövləti ilə milli mətbuatımız ayrılmazdır. Onların bir-birindən ayrılmasını təsəvvür etmək qeyri-mümkündür. Allah eləməsin, Azərbaycan dövləti ilə milli mətbuatımızın ayrılıq məqamı olsa, bu onların hər ikisinin zəifləməsi olacaq. Azərbaycan dövlətinin və milli mətbuatımızın gücü onların hər ikisinin bir yerdə olmasındadır”.
Yazı 22 İyul - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin