BURADA REKLAMINIZ OLA
BİLƏR

"BlitzMetrics" rəhbəri: Heç bir prezident mətbuata və rəqəmsal innovasiyalara bu qədər səmimi dəstək verməyib

3-cü Şuşa Qlobal Media Forumunda iştirak edən "BlitzMetrics" rəqəmsal marketinq şirkətinin baş icraçı var.Dennis Yu tədbirlə bağlı "Instagram" hesabında paylaşım edib.

 

Pravda.az həmin paylaşımı təqdim edir:

 

"Zati-aliləri, Azərbaycan Prezidenti ilə görüşmək şərəfinə nail oldum. Qlobal media nümayəndəsi kimi, bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm, lakin heç vaxt bir dövlət başçısının mətbuata və rəqəmsal innovasiyalara bu qədər nəzakətli və səmimi dəstək verməsini görməmişdim.

 

Şuşa təkcə gözəl şəhər deyil, həm də bu həftə qlobal medianın ürəyinin döyündüyü yerdir. Qonaqpərvərliyə və vizyona görə təşəkkür edirəm, Azərbaycan!"

 

Qeyd edək ki, Dennis Yunun təsis etdiyi "BlitzMetrics" rəqəmsal marketinq şirkətinin müştəriləri sırasında dünyaca məşhur basketbol klubu "Golden State Warriors", "Nike" idman brendi və "Rosetta Stone" proqram təminatçısı var.

 

Tarix: 20 İyul 2025, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin