BURADA REKLAMINIZ OLA
BİLƏR

Soyuq duşun faydaları və zərərləri açıqlandı

Soyuq duşun sağlamlığa həm faydaları, həm də potensial zərərləri var. Əgər insan soyuğa qarşı həssas deyilsə, soyuq duş almaq immun sistemini gücləndirə, metabolizmanı sürətləndirə, qan dövranını dəstəkləyə və stresi azalda bilər. Eyni zamanda saç və dərinin sağlamlığına da müsbət təsir göstərir.

 

Pravda.az bildirir ki, astma, ürək xəstəlikləri və ya digər xroniki problemləri olan şəxslər soyuq duşa başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Soyuq su damarları büzüşdürərək qan təzyiqi dəyişikliklərinə və ürək ritm pozuntularına səbəb ola bilər.

 

Mütəxəssislər soyuq duşun tədricən və ehtiyatla tətbiq edilməsini tövsiyə edir. Xüsusilə idmandan sonra bədənin bərpası üçün faydalı olan soyuq duş, düzgün tətbiq edildikdə bədəni canlandırır və enerjini artırır.

 

Yay aylarında sərinləmək məqsədilə soyuq duş qəbul etməyin ürək sağlamlığına mənfi təsir göstərə biləcəyi də qeyd olunur.

 

Mütəxəssislər bildirir ki, bədənin temperatur balansını qorumağa çalışdığı bir vaxtda qəfil soyuq suya girmək damar spazmı, qan təzyiqində dalğalanmalar və hətta ürək spazmına səbəb ola bilər. Xüsusilə isti havalarda ilıq duşun daha təhlükəsiz olduğu, əgər soyuq su istifadə ediləcəksə, bədənin buna tədricən alışdırılmalı olduğunu vurğulanıb.

 

Əminə Bayramova

Tarix: 21 İyul 2025, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin