BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda köşkdə aksiz markasız siqaret satan şəxsə şərti cəza verildi

Nərimanov Rayon Məhkəməsində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satmada təqsirləndirilən Qalib Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
 

İttihama görə, Qalib Nəbiyev istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə etdiyi aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlamadan ümumilikdə 3344,50 manat dəyərində 1215 qutu tütün məmulatlarını sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 20 ünvanında yerləşən köşkdə 10 iyul 2024-cü il tarixədək satış məqsədi ilə saxlayıb. Həmin tarixdə tütün məmulatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən keçirilən tədbiri zamanı aşkar olunaraq götürülüb.

Kamal Məmmədov 

Tarix: 21 İyul 2025, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin