BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan əsgəri düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir" – Sahibə Qafarova

"İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını qətiyyətlə aldı və bir daha sübut etdi ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil".

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Tovuz istiqamətində sərhəd zonasında törədilən erməni təxribatı ilə bağlı “Facebook” hesabında paylaşımında bildirib.

 

S. Qafarova qeyd edib ki, Azərbaycan əsgəri öz şücaəti ilə düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir: " Vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr, yaralananlara şəfa diləyirəm”.

Tarix: 13 İyul 2020, 19:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin