BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyimizə inanıram” – Adil Əliyev

“İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınmış, düşmənə Milli Ordumuzun hissələri tərəfindən layiqli cavab verilib. Düşmən təxribatının qarşısının alınması zamanı Ordumuz şəhid vermiş və yaralılarımız var. Şəhid olan hərbçilərmizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Yaralılarımıza Allahdan şəfa diləyirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

 

“Tezliklə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyimizə inanıram. Yaşasın Azərbaycan ordusu” – A.Əliyev qeyd edib.

Tarix: 13 İyul 2020, 19:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin