BURADA REKLAMINIZ OLA
BİLƏR

Qayınanasını döyən şəxslə bağlı hökm çıxarıldı

Salyan Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mahir Qafarovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.


Belə ki, Mahir Qafarov qaynanası, zərərçəkmiş Səmayə Məmmədovanın (adı, soyadı şərtdir) yaşadığı ünvana gəlib arvadını öz evinə aparmaq istədiyini bildirib. Qadın isə bundan imtina edib. Bu zaman onlar arasında mübahisə yaranıb. Nəticədə o, qayınanasını qəsdən yumruqla vurub döyərək ona xəsarətlər yetirib.


Hadisədən sonra Mahir Qafarov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 22 İyul 2025, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin