BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu bıçaqlayan şəxsə hökm oxundu

Saatlı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Səfər Dadaşlının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 01 iyun 2025-ci il tarixdə, saat 14 radələrində Saatlı rayonu Qara Nuru kəndində qeydə alınıb.


Belə ki, Səfər Dadaşlı qonşusu, zərərçəkmiş Nizami Bəkirovla (adı, soyadı şərtidir) yaşadığı evin həyətyanı sahəsinə gedərək ondan atası barəsində Saatlı RPŞ-yə etdiyi müraciəti geri götürməsi və barışmasını tələb edib. Zərərçəkmiş şəxs isə barışmayacağını bildirməsinə görə öz aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan mətbəx bıçağı ilə onun sol qoluna bir necə dəfə zərbələr vurara, bədən xəsarətləri yetirib.


Hadisədən sonra Səfər Dadaşlı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 22 İyul 2025, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin