BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını səbəbsiz yerə bıçaqlayan şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Uğur Malikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü o, 7 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 24 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində qeydə alınıb.


Belə ki, Uğur Malikov zərərçəkmiş Cəfər Cəfərzadəyə (adı, soyadı şərtidir) heç bir səbəb olmadan mətbəx bıçağı ilə vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra Uğur Malikov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 22 İyul 2025, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin