BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə arvadını qısqanclıq zəminində bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vüsal Məmmədovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 07 oktyabr 2024-cü il tarixdə, saat 08:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Ulduz” düşərgəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.


Belə ki, Vüsal Məmmədov fərdi yaşayış evinin yataq otağında həyat yoldaşı, zərərçəkmiş Vüsalə Məmmədovanın (adı, soyadı şərtdir) qonşuluqda yaşayan şəxslə mobil telefon əlaqəsi yaratmasını və küçədə danışdığını görüb onunla yaxın münasibət saxlamaqla danışdığından şübhələndiyini irad tutub. Bu səbəbdən o, zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə münasibətlərinin pozulması zəminində mübahisə zamanı mətbəx bıçağı ilə qadına xəsarət yetirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
 

Kamal Məmmədov 

Tarix: 22 İyul 2025, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin