BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda saxta dollar saxlayan şəxslərlə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində satış məqsədi ilə saxta pulu hazırlama, habelə əldə etmə və ya satmada təqsirləndirilən Q.B.-in və M.N-in (hər iki şəxsin adı, soyadı şərtdir) barəsindəki hökmdən verilən dövlət itiihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti təmin edilib, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib. Hər iki şəxs 3 il 11 ay 21 gün müddətə azadlıqdan məhrum edilib, onlar məhkəmə iclas zalından dərhal həbs olunub.


İttihama görə, Q.B. və M.N n istintaqla müəyyən edilməyən yerdə və şəraitdə hazırlanmış 85 ədəd 100 ABŞ dolları məbləğində xarici valyutada olan saxta pul əsginaslarını satış məqsədi əldə edərək 2023-cü ilin noyabr-dekabr aylarınadək özlərində saxlayıb.

 

Hadisədən sonra hər iki şəxs saxlanılıb. 

 

Kamal Məmmədov 

Tarix: 22 İyul 2025, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin