BURADA REKLAMINIZ OLA
BİLƏR

“Forex” birjası yolu ilə itirilmiş pulları geri qaytarmaq adı ilə dələduzluq etdi - HÖKM

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Baba Vəliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.


İttihama görə, Baba Vəliyev tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqa şəxsiyyəti məlum olmayan Mariya Tsukanova adlı xarici vətəndaşla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında zərərçəkmiş S.M.-in (adı, soyadı şərtidir) “Forex” birja platformasında itirdiyi pulları Avropa Arbitraj Məhkəməsi yolu ilə geri qaytaracağına dair yalandan vəd verib aldadıb. O zərərçəkmiş şəxsdən yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən ümumilikdə 5482,5 manat pulu dələduzluq yolu ilə ələ keçirib.


Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş və ondan şikayət və tələbi yoxdur.


Kamal Məmmədov 

Tarix: 22 İyul 2025, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin