BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyevin sərt və qəti mövqeyi Qərb dairələrində xüsusi narahatlıq yaradıb - RƏY

“Azərbaycanın xüsusən 44 günlük müharibədə və anti-terror əməliyyatlarından sonra suverenliyini tam bərpa etməsi, regionda söz sahibinə çevrilərək regionun aparıcı dövləti olması bir çox dairələri narahat edir. Xüsusən, Yaxın Şərqdə gedən proseslərdə Azərbaycanın aktiv rol alması, istər enerji təhlükəsizliyi, istərsə də geopolitik təhlükəsizlik baxımından Azərbaycanın razı olmadığı, iştirak etmədiyi heç bir prosesin uğur qazanmaması Qərb dairələri tərəfindən qısqanclıqla qarşılanır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat Səhiyyə Nazirliyinin saxta yollarla plastik və estetik cərrahiyyə  şəhadətnaməsi verməsi iddialarından danışdı Pravda.az

O bildirib ki, Prezident İlham Əliyevin sərt və qəti mövqeyi Azərbaycanın enerji siyasətindən özləri üçün müxtəlif güzəştlər qoparmaq, Azərbaycanın enerji ehtiyatlarından özlərinə sərfəli istiqamətdə istifadə etmək, eləcə də ölkəmizin geopolitik rolundan öz mənafeləri üçün yararlanmaq istəyən Qərb dairələrində xüsusi narahatlıq yaradıb: “Təbii ki, Azərbaycan kimi bir dövlətdə özlərinə uyğun, hər fikirlərini həyata keçirən, dayanıqlı olmayan siyasətçilərin hakimiyyətdə olmaları onlar üçün daha sərfəlidir. Cənab Prezidentimizin sırf ölkənin, xalqının mənafeyini qoruması istiqamətində yürütdüyü siyasət məhz Qərb dairələrini narahat edir. Bu səbəbdən müxtəlif qarayaxma kampaniyaları aparır, özlərinə sifarişçi media formalaşdıraraq Azərbaycan iqtidarına, dövlətinə, xalqına qarşı qarayaxmalara davam edirlər. Bütün bunlara baxmayaraq, ölkə rəhbərimizin qətiyyətli duruşu bütün cərəyan edən proseslərin qarşısında ən böyük maneədir. Erməni lobbisi də Azərbaycanla olan siyasətdə və "erməni milli ideyası"nın həyata keçirilməsində ən böyük maneənin ölkə rəhbəri olduğunun fərqindədir Buna görə də gələcək fəaliyyətləri üçün hər  zaman qarayaxmanı ön planda tuturlar. Bundan başqa, Azərbaycanın yürütdüyü siyasət nəticəsində Ermənistanın daxilində erməni lobbisinin aktivliyinin azalması, əvvəlki rıçaqlara malik olmaması da Qərb dairələrini çox narahat edir. Bu narahatlıq ölkəmizə qarşı müxtəlif istiqamətdə təzyiqlərin həyata keçirilməsində özünü büruzə verir”.

 

Aytəkin Qardaşova

Tarix: 22 İyul 2025, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin