BURADA REKLAMINIZ OLA
BİLƏR

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin tenderləri baş tutumadı

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Qarabağdakı radio-yayım stansiyalarında istifadə olunması nəzərdə tutulan İT avadanlıqlarının (39 107 AZN) və radio-yayım stansiyalarında istifadə olunması nəzərdə tutulan odsöndürən balonların alınması (1 970 AZN) ilə əlaqədar elan etdiyi tenderlər baş tutmayıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Bildirilib ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Cabir

Tarix: 22 İyul 2025, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin