BURADA REKLAMINIZ OLA
BİLƏR

Quş üzümünün sağlamlığa faydaları açıqlandı

Quş üzümü antioksidantlarla zəngin, vitamin və minerallar baxımından dəyərli meyvədir.


Pravda.az bildirir ki, tərkibindəki C və B6 vitaminləri, kalsium, dəmir və maqnezium sayəsində immun sistemini gücləndirir, iltihab əleyhinə təsir göstərir, həzm sistemini tənzimləyir və ürək sağlamlığını dəstəkləyir.


Quş üzümü həm təzə, həm də quru formada istehlak edilə bilər və gündə yarım ovuc (təxminən 15-20 qram) istifadəsi kifayət edir. Lifli quruluşu həzmi asanlaşdırır, antosiyaninlərlə zəngin olması isə göz yorğunluğu və qan azlığına qarşı təsirli olur.


Tərkibindəki güclü antioksidantlar sayəsində xərçəng riskini azaldan quş üzümü, eyni zamanda dəri sağlamlığını qoruyur və dərini nəmli saxlayır.


Mütəxəssislər bu faydalı meyvəni gündəlik qidalanma rejiminə əlavə etməyi tövsiyə edir.


Əminə Bayramova 

Tarix: 22 İyul 2025, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin