BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov milli mətbuatın 150 illiyi münasibətilə “Pravda.az” xəbər portalını təbrik etdi

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov milli mətbuatın 150 illiyi münasibətilə “Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəlini, o cümlədən portalın kollektivini təbrik edib.

 

Təbrikdə deyilir:

 

“Hörmətli İlkin müəllim!

 

Azəbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edir, ən xoş arzularımı çatdırıram.

 

Ötən dövrdə şərəfli bir yol keçmiş, öz ali missiyasını həmişə layiqincə yerinə yetirən və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə davamlı inkişafının əsasları yaradılmış milli mətbuatımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sistemli islahatlar nəticəsində köklü şəkildə yenilənmiş, ölkəmizdə müasir media mühiti formalaşmış, onun qlobal təsir imkanları və raqabət qabiliyyətliliyi artmışdır.

 

Bu uğurlarda, o cümlədən Vətən müharibəsi dövründə və anti-terror əməliyyatı zamanı “Pravda.az” xəbər portalının obyektiv və operativ informasiya dəstəyini, azad edilmiş ərazilərimizlə bağlı reallıqların geniş auditoriyalara çatdırılması işində peşəkar fəaliyyətini, həmçinin informasiya əməkdaşlığı çərçivəsində səmərəli işgüzar əlaqələrimizi xüsusi vurğulayıram.

 

Bir daha əlamətdar yubiley münasibətilə sizi və “Pravda.az” xəbər portalının bütün əməkdaşlarını təbrik edir, möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, milli maraqlara xidmət edən önəmli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

 

Bayramınız mübarək!”

 

“Pravda.az” kollektivi adından göstərdiyi diqqətə görə general-polkovnik cənab Vilayət Eyvazova dərin minnətdarlığımızı bildiririk!

Fotoları təqdim edirik
Tarix: 22 İyul 2025, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin