BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaraciyər sirrozunun əlamətləri və qorunma yolları

Qaraciyər sirrozu bu vacib orqanın sağlam toxumasının yerini çapıq (fibroz) toxumanın alması ilə formalaşan xroniki və ciddi bir xəstəlikdir.
 

Pravda.az bildirir ki, sirrozun əsas səbəbləri arasında uzunmüddətli alkoqol qəbulu, Hepatit B və C kimi viral infeksiyalar, piylənmə və otoimmün xəstəliklər yer alır.


Sirrozun ilkin mərhələlərində əlamətlər özünü göstərməyə bilər. Lakin zamanla yorğunluq, sarılıq, qarında şişkinlik, qaşıntı, iştahsızlıq və arıqlama kimi şikayətlər ortaya çıxır. Erkən diaqnoz qoyulmadıqda xəstəlik qaraciyər çatışmazlığı və hətta qaraciyər xərçəngi ilə nəticələnə bilər.


Həkimlər xəbərdarlıq edirlər ki, sirrozdan qorunmaq üçün alkoqol istifadəsini dayandırmaq, Hepatit A və B peyvəndləri vurdurmaq, sağlam qidalanmaq, mütəmadi hərəkətdə olmaq və vaxtaşırı tibbi müayinədən keçmək lazımdır.


Müalicə erkən mərhələdə dərman və həyat tərzi dəyişiklikləri ilə mümkündür. İrəliləmiş hallarda isə qaraciyər köçürülməsi (transplantasiyası) tələb oluna bilər.


Əminə Bayramova 

Tarix: 22 İyul 2025, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin