BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi Prokurorluqda yüksək vəzifəyə təyinat

Hərbi Prokurorluqda yeni təyinat olub.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi təyin edilib.

 

Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

 

Qeyd edək ki, iyulun 15-də də Respublika Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. Baş prokuror Kamran Əliyevin əmri ilə, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev vəzifəsindən azad edilərək, digər əmr ilə Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifəsinə təyin edilib.

 

Hərbi Prokurorluqda islahatlar davam edir.

Tarix: 22 İyul 2025, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin