BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada içərisində 43 nəfərin olduğu sərnişin təyyarəsi ilə əlaqə kəsildi

Rusiyanın Amur bölgəsində içərisində 43 nəfərin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib.

 

Xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib.

 

“An-24”-ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.

 

Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib.

 

Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq və 6 ekipaj üzvü olmaqla 43 sərnişin var.

 

APA

Tarix: 24 İyul 2025, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin