BURADA REKLAMINIZ OLA
BİLƏR

"Proqramlara trend davası edən ifaçılar buraxılmamalıdır" - Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva efirdə trend davası edən müğənnilərə görə televiziyaları günahlandırıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. O bildirib ki, proqramlara trend davası edən ifaçılar buraxılmamalıdır:

 

"Mən düşünürəm ki, bunun ilk səbəbkarı bizim televiziyalarımızdır. Mətbuat da onları işıqlandırmamalıdır. Onlar verməsə, artıq trend məsələsi yığışdırılacaq. Əgər onlar yığışdırılsa, sənət adamları da verilişlərə güvənlə gələcək. Biləcəklər ki, həmin proqramda trenddə meydan sürənlər deyil, sənətkarlar olacaq. Sözsüz ki, ilk növbədə kanallardır. Televiziyalardan gözləyirik ki, trendbazları yığışdırsınlar. İnsanların xoşuna gəlməyən söz-söhbətləri verməsinlər. Mən başa düşürəm, televiziyanın da bəzi qanunları və şərtləri var".

Tarix: 27 İyul 2025, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin