BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev fərman imzaladı

Mədəniyyət Nazirliyi üzrə vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısında çıxarılıb.


Pravda.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.


Fərmana əsasən, Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısında Mədəniyyət Nazirliyi üzrə bölmə ləğv edilib. Beləliklə, aşağıdakı vəzifəli şəxslər Siyahıdan çxarılıb:


- Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi;

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru;

- Heydər Əliyev Sarayının direktoru;

- Bakı Dövlət Sirkinin direktoru;

- Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru;

- Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru;

- Beynəlxalq Muğam Mərkəzinin direktoru;

- Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru;

- Azərbaycan Dövlət Nəşriyyatı “Azərnəşr”in direktoru;

- Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru.

- Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.

Tarix: 28 İyul 2025, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin