BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşağın əli ətçəkən maşında qaldı

Xaçmazda iki yaşlı uşağın əli ətçəkən maşında qalıb.  

Pravda.az-ın xəbərinə görə, 2017-ci il təvəllüdlü Pərdiyev Toğrul Ramil oğlunun əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb. 

Məlumatla əlaqədar çağırış ünvanına cəlb olunan Fövqaladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar. 

Hazırda onun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanaların birinə göndərilib.  

Faktla bağlı araşdırma aparılır.  

Tarix: 11 Dekabr 2019, 22:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin