BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamçatka sahillərində bir saat ərzində 8 zəlzələ qeydə alındı

Son bir saat ərzində Kamçatka sahillərində maqnitudası 5-dən yuxarı olan səkkiz zəlzələ baş verib.

 

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

 

Zəlzələlərin maqnitudası 5,1 ilə 5,8 arasında dəyişib.

 

Episentrlər 7-dən 100 kilometrədək dərinlikdə yerləşib.

 

Kamçatka diyarının paytaxtında təkanlar 3–4 bal gücündə hiss olunub.

 

APA

Tarix: 30 İyul 2025, 07:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin