Reklam

Bakıda tarixi abidə ilə bitişik olan bina sökülüb - VİDEO

Bakının Yasamal rayonunun “Bayırşəhər” adlanan hissəsində Molla Vəli Vidadi küçəsində tarixi abidə ilə bitişik olan bina sökülüb.

 

Pravda.az xəbər verir ki, bu barədə tanınmış memar Abdul Hüseynov məlumat verib.

 

O bildirib ki, ərazidə söküntü işlərinə heç bir aidiyyəti qurum, komissiya nəzarət etməyib: “Dövlətin adından istifadə edən tikinti şirkəti müsahibədən hiddətlənərək tarixi abidə ilə bitişik olan Vidadi küçəsində 37 saylı binanı məhv edir...”

 

Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Baş plana görə, həmin ərazi “Xüsusi Mühafizə Zonası”dır.

 

Aytəkin Qardaşova

 

Görüntüləri təqdim edirik:

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by pravda.az (@az_pravda)

Tarix: 30 İyul 2025, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin