BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev arasında görüş olub.

 

Bununla bağlı səfir Yuri Husyev X hesabında paylaşım edib.

 

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. Ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukrayna ilə həmrəyliyi və davamlı dəstəyi üçün minnətdaram”, - deyə səfir qeyd edib.

Tarix: 31 İyul 2025, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin