Xəbər verildiyi kimi, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.
Elçin Əfəndiyevin dosyesini təqdim edirik:
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb.
Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub./Musavat.com
15 Mart 11:58
15 Mart 11:02
15 Mart 10:28
15 Mart 08:56
15 Mart 08:54
15 Mart 08:45
15 Mart 08:40
15 Mart 00:44
15 Mart 00:41
14 Mart 23:44
14 Mart 23:38
14 Mart 20:50
14 Mart 19:20
14 Mart 17:34
14 Mart 16:42
14 Mart 16:37
14 Mart 16:31
14 Mart 16:26
14 Mart 16:24
14 Mart 16:03
14 Mart 15:57
14 Mart 15:37
14 Mart 14:55
14 Mart 14:53
14 Mart 14:29
14 Mart 14:27
14 Mart 14:24
14 Mart 14:22
14 Mart 14:06
14 Mart 13:53
14 Mart 13:01
14 Mart 12:59
14 Mart 12:38
14 Mart 12:37
14 Mart 12:11
14 Mart 12:06
14 Mart 12:03
14 Mart 10:59
14 Mart 10:57
14 Mart 10:00
14 Mart 09:11
14 Mart 09:06
14 Mart 08:51
14 Mart 08:39
14 Mart 08:14
14 Mart 02:28
14 Mart 02:25
14 Mart 01:25
13 Mart 23:00
13 Mart 22:19
13 Mart 21:10
13 Mart 21:07
13 Mart 20:06
13 Mart 20:02
13 Mart 20:01
13 Mart 19:47
13 Mart 18:53
13 Mart 18:15
13 Mart 18:11
13 Mart 18:09
13 Mart 18:04
13 Mart 18:03
13 Mart 17:28
13 Mart 17:16
13 Mart 17:10
13 Mart 17:07
13 Mart 17:03
13 Mart 16:56
13 Mart 16:29
13 Mart 16:25
13 Mart 16:14
13 Mart 16:08
13 Mart 15:50
13 Mart 15:46
13 Mart 15:42
13 Mart 15:25
13 Mart 15:16
13 Mart 15:04
13 Mart 14:54
13 Mart 14:43
13 Mart 14:40
13 Mart 14:31
13 Mart 14:30
13 Mart 14:20
13 Mart 14:10
13 Mart 13:57
13 Mart 13:42
13 Mart 13:13
13 Mart 12:53
13 Mart 12:25
13 Mart 12:21
13 Mart 12:19
13 Mart 12:15
13 Mart 12:14
13 Mart 12:10
13 Mart 12:00
13 Mart 11:58
13 Mart 11:51
13 Mart 11:49
13 Mart 11:48
13 Mart 11:25
13 Mart 11:19
13 Mart 11:16
13 Mart 11:13
13 Mart 11:12
13 Mart 11:10
13 Mart 11:08
13 Mart 11:06
13 Mart 11:04
13 Mart 10:58
13 Mart 10:49
13 Mart 10:29
13 Mart 10:21
13 Mart 09:51
13 Mart 09:38
13 Mart 09:37
13 Mart 09:32
13 Mart 09:25
13 Mart 09:21
13 Mart 08:56
13 Mart 08:49
13 Mart 08:47
13 Mart 08:44
13 Mart 08:43
13 Mart 08:40
13 Mart 08:39
13 Mart 08:34
13 Mart 08:15
13 Mart 08:00
13 Mart 00:28
12 Mart 23:12
12 Mart 23:04
12 Mart 23:02
12 Mart 22:42
12 Mart 22:34
12 Mart 22:26
12 Mart 22:24
12 Mart 21:59
12 Mart 20:10
12 Mart 20:09
12 Mart 19:53
12 Mart 19:49
12 Mart 19:00
12 Mart 18:50
12 Mart 17:58
12 Mart 17:47
12 Mart 17:47
12 Mart 17:45
12 Mart 17:36
12 Mart 17:19
Ən son xəbərləri səhifəmizdən də izləyin