BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 4 milyonluq tenderləri bu şirkətə verdi

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xocavənd rayonu ərazisində yerləşən Hadrut yaşayış məntəqəsinin, Füzuli şəhərində inzibati binanın, Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsinə ümumilikdə 4 067 620 xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, 3 yer üzrə tenderlər bir şirkətə - "Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited Şirkəti”nin Azərbaycandakı filialına verilib.

 

Tərəflər arasında bağlanılan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir Həsənov

Tarix: 4 Avqust 2025, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin