BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfərbərlik Xidmətinin sabiq əməkdaşı qərardan narazıdır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.
 

Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdan məhrum edilib.


Qeyd: Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.


İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib.


Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.


Kamal Məmmədov 

Tarix: 5 Avqust 2025, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin