Bakı şəhərində sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ekspertlərin fikrincə, bəzi hallarda bu evlərə çıxarış verilməsi mümkün olsa da, çoxu üçün bu, artıq real görünmür. Xüsusilə özbaşına, qanunsuz şəkildə inşa edilmiş, təhlükəli zonalarda yerləşən tikililər söküntü riski ilə üz-üzədir. İddialara görə, bu evlərin heç bir sənədi olmadığı üçün dövlətdən kompensasiya ala bilməyəcəklər. Məsələ ilə bağlı son qanunvericilik dəyişiklikləri və dövlətin sərtləşən nəzarət mexanizmləri problemin nə qədər ciddi olduğunu göstərir.
Doğrudanmı vətəndaşlar qanunsuz tiklilərə görə sənəd və kompensasiya ala bilməyəcəklər? Pravda.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, bələdiyyə sənədi olan evlərə çıxarış verilməsi ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, 2007-ci ilə qədər inşa olunmuş sənədsiz, amma bələdiyyə sənədi olan evlərin tanınması mümkündür:
"2007-ci ildən sonrakı evlərin sənədləri də ayrıca araşdırılacaq. Əgər həmin evlər neft yataqları üzərində, dövlət mühafizə zonasında və ya hərbi-sənaye təyinatlı ərazilərdə yerləşmirsə, çıxarış verilməsi mümkündür. Bu ərazilərə misal olaraq SOCAR-ın torpaqları, dəmir yolu xətləri və ya hərbi obyektlər yaxınlığında yerləşən sahələr göstərilə bilər. Belə yerlərdə yerləşən evlərə çıxarış verilməyəcək. Amma bəzi ərazilərdə - məsələn, Dərnəgül və Binəqədi kimi ərazilərdə xüsusilə də dəmir yolu mühafizə zonalarında gecəqondu şəklində, özbaşına tikilmiş evlərə çıxarış verilməsi mümkünsüzdür. Həmin evlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt olunmuş torpaqlarda tikilib. İnsanlar bu evlərə ya aldanaraq köçür, ya da qanunsuz yollarla məskunlaşırlar. Vətəndaşlar çox vaxt səriştəsiz maklerlərin və işbazların qurbanına çevrilir".
"Özbaşına tikilmiş və torpaq çıxarışı olmayan evlərə heç bir güzəşt tətbiq olunmayacaq. Hətta yaxın gələcəkdə bu tikililərin kütləvi şəkildə sökülməsi də gözlənilir. Artıq bəzi ərazilərdə söküntülərə başlanılıb. Qeyd etmək lazımdır ki, 2023-cü ilin oktyabrında qəbul olunan fərmana əsasən, çıxarışı olmayan evlərə sayğacların (işıq, su, qaz) quraşdırılması qadağan olunub. Bu da hökumətin qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da gücləndirdiyini göstərir. Hazırda yalnız Bakı şəhərində 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Bu rəqəm daha yüksək ola bilər, çünki bir çox evlərdə sayğac yoxdur və statistika əsasən sayğaclara görə aparılır. Üstəlik, bəzi hallarda bir sayğacdan bir neçə ev istifadə edir. Bu tikililər Bakının şəhər planlaşdırmasına da ciddi təsir göstərir. Şəhərin infrastrukturu - xüsusilə kanalizasiya və kommunikasiya xətləri bu qədər sıxlığı daşıya bilmir. Payız və qış aylarında yağıntılar zamanı boruların dolması və daşması artıq adi hala çevrilib. Çünki bu infrastruktur həmin məskunlaşma sıxlığına uyğun inşa edilməyib. İşbazlar burada özbaşına tikililər inşa edir və sakinlərə evləri "çıxarış olacaq" vədi ilə satırlar. Lakin dövlət artıq vəziyyəti nəzarətə almağa başlayıb və bu ərazilərdə sənədsiz evlərin taleyi demək olar ki, həll olunma mərhələsindədir. Sonda qeyd edim ki, sənədi olan və hüquqi əsaslarla inşa edilmiş evlərin sahibləri üçün hələlik təhlükə yoxdur. Amma qanunsuz, sənədsiz və təhlükəli zonalarda inşa edilmiş evlərin sökülməsi artıq sadəcə ehtimal deyil, real prosesə çevrilmək üzrədir".
5 Sentyabr 09:18
5 Sentyabr 09:12
5 Sentyabr 09:09
5 Sentyabr 09:03
5 Sentyabr 01:30
5 Sentyabr 01:28
4 Sentyabr 22:19
4 Sentyabr 20:35
4 Sentyabr 20:30
4 Sentyabr 20:28
4 Sentyabr 20:27
4 Sentyabr 19:35
4 Sentyabr 18:59
4 Sentyabr 18:56
4 Sentyabr 18:55
4 Sentyabr 18:48
4 Sentyabr 18:42
4 Sentyabr 18:34
4 Sentyabr 18:25
4 Sentyabr 18:15
4 Sentyabr 18:07
4 Sentyabr 17:51
4 Sentyabr 17:45
4 Sentyabr 17:33
4 Sentyabr 17:22
4 Sentyabr 17:19
4 Sentyabr 17:14
4 Sentyabr 16:59
4 Sentyabr 16:44
4 Sentyabr 16:39
4 Sentyabr 16:38
4 Sentyabr 16:31
4 Sentyabr 16:27
4 Sentyabr 16:22
4 Sentyabr 16:18
4 Sentyabr 16:17
4 Sentyabr 16:10
4 Sentyabr 16:03
4 Sentyabr 15:59
4 Sentyabr 15:52
4 Sentyabr 15:45
4 Sentyabr 15:39
4 Sentyabr 15:33
4 Sentyabr 15:28
4 Sentyabr 15:19
4 Sentyabr 15:18
4 Sentyabr 15:16
4 Sentyabr 15:14
4 Sentyabr 14:57
4 Sentyabr 14:49
4 Sentyabr 14:42
4 Sentyabr 14:37
4 Sentyabr 14:31
4 Sentyabr 14:25
4 Sentyabr 14:20
4 Sentyabr 14:14
4 Sentyabr 14:10
4 Sentyabr 14:09
4 Sentyabr 14:02
4 Sentyabr 13:53
4 Sentyabr 13:44
4 Sentyabr 13:32
4 Sentyabr 13:18
4 Sentyabr 13:17
4 Sentyabr 13:08
4 Sentyabr 12:56
4 Sentyabr 12:50
4 Sentyabr 12:48
4 Sentyabr 12:40
4 Sentyabr 12:30
4 Sentyabr 12:24
4 Sentyabr 12:21
4 Sentyabr 12:19
4 Sentyabr 12:14
4 Sentyabr 12:09
4 Sentyabr 11:59
4 Sentyabr 11:50
4 Sentyabr 11:32
4 Sentyabr 11:26
4 Sentyabr 11:14
4 Sentyabr 11:05
4 Sentyabr 11:02
4 Sentyabr 10:40
4 Sentyabr 10:38
4 Sentyabr 10:35
4 Sentyabr 10:27
4 Sentyabr 10:21
4 Sentyabr 10:13
4 Sentyabr 10:08
4 Sentyabr 09:48
4 Sentyabr 09:47
4 Sentyabr 09:41
4 Sentyabr 09:37
4 Sentyabr 09:29
4 Sentyabr 09:17
4 Sentyabr 09:14
4 Sentyabr 08:36
4 Sentyabr 08:30
4 Sentyabr 08:26
4 Sentyabr 08:20
4 Sentyabr 08:13
4 Sentyabr 08:08
4 Sentyabr 08:04
4 Sentyabr 08:03
4 Sentyabr 08:01
4 Sentyabr 06:42
4 Sentyabr 06:40
4 Sentyabr 02:08
4 Sentyabr 02:05
4 Sentyabr 01:56
4 Sentyabr 01:46
4 Sentyabr 01:43
4 Sentyabr 01:18
3 Sentyabr 20:18
3 Sentyabr 19:10
3 Sentyabr 19:04
3 Sentyabr 18:59
3 Sentyabr 18:55
3 Sentyabr 18:49
3 Sentyabr 18:45
3 Sentyabr 18:39
3 Sentyabr 18:31
3 Sentyabr 18:21
3 Sentyabr 18:11
3 Sentyabr 18:04
3 Sentyabr 17:54
3 Sentyabr 17:44
3 Sentyabr 17:37
3 Sentyabr 17:28
3 Sentyabr 17:25
3 Sentyabr 17:17
3 Sentyabr 17:15
3 Sentyabr 17:03
3 Sentyabr 16:59
3 Sentyabr 16:55
3 Sentyabr 16:53
3 Sentyabr 16:47
3 Sentyabr 16:45
3 Sentyabr 16:43
3 Sentyabr 16:35
3 Sentyabr 16:29
3 Sentyabr 16:21
3 Sentyabr 16:13
3 Sentyabr 16:12
3 Sentyabr 15:59
3 Sentyabr 15:51
3 Sentyabr 15:41
3 Sentyabr 15:35
3 Sentyabr 15:27
3 Sentyabr 15:20
Ən son xəbərləri səhifəmizdən də izləyin