BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nazir helikopter qəzasında öldü - Qanada

Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.

 

Bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar.

 

Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi.

 

Hadisənin səbəbi hələlik məlum deyil.

 

Report

Tarix: 6 Avqust 2025, 19:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin