BURADA REKLAMINIZ OLA
BİLƏR

Göygöldə yolların təmirinə 830 min manata yaxın vəsait sərf ediləcək – İşləri 10 manatlıq şirkət görəcək

Göygöl şəhərində yolların əsaslı təmirinə 829 651 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Göygöl Tikinti” MMC həyata keçirəcək.

 

Göygöl Rayon İcra Hakimiyyəti və MMC arasında müqavilə bağlanıb. Rayonda tenderlər əsasən bu şirkətə verilir.

 

Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi Anar Əhməd oğlu Tağıyevdir.

 

Cabir

Tarix: 7 Avqust 2025, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin