BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəcəb Babaşov 675 minlik tenderi bu şirkətə verdi

Qazax şəhərində yollarda əsaslı təmiri işləri həyata keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu məqsədlə 674 949 AZN sərf ediləcək.

 

Xidməti “Azərtranss” MMC edəcək.

 

Qazax Rayon İcra Hakimiyyəti (RİH) və MMC arasında müvafiq müqavilə bağlanıb.

 

Qazax RİH başçısı oğlunun bahalı avtomobilləri ilə gündəmə gələn Rəcəb Babaşovdur.

 

Nizamnamə kapitalı 20 AZN olan MMC-nin qanuni təmsilçisi isə Adil Məmməd oğlu Qasımovdur. Şirkət Qazaxda “tender kralı” sayılır.

 

Cabir

 

Tarix: 7 Avqust 2025, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin