BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə maşın saxlamaq üstündə qonşularını döyən şəxs məhkəmə zalından həbs edildi

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Sərvər Salahovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınıb.


İttihama görə, hadisə 25 may 2024-cü il tarixdə, saat 15:00 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində qeydə alınıb.


Belə ki, Sərvər Salahovun evlərinə su gətirən “KamAZ” markalı avtomaşın onlarına həyətinə girə bilməyib. Buna səbəb isə zərərçəkmiş Qulam Nəbizadənin (adı, soyadı şərtidir) idarə etdiyi "Mercedes” minik markalı avtomobili təqsirləndirilən şəxsin məhəlləsində saxlaması olub. Bu zaman Qulam Sərvərə kobud cavab verib və onların arasında mübahisə yaranıb. Sonra o, küçədə Qulamı söyüb təhqir edərək əli ilə bir neçə dəfə qəsdən vuraraq zor tətbiq edib. Daha sonra Sərvər digər zərərçəkmiş Mahmud Əlizadənin (adı, soyadı şərtidir) boynun, döş qəfəsindən vuraraq xuliqanlıq edib
 

Hadisədən sonra Sərvər Salahov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 7 Avqust 2025, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin