BURADA REKLAMINIZ OLA
BİLƏR

İran: Hökumət heç kimin məsləhətini qəbul etməyəcək

“Fransızlar İranın müstəqil suveren bir dövlət olduğunu unutmamalıdırlar. Nə hökumətimiz, nə də məhkəmə orqanlarımız heç kimin məsləhətini qəbul etməyəcək".

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “twitter” hesabında yazıb.

 

O, əlavə edib ki, İranın daxili işlərinə müdaxilə dözülməzdir.

 

Xatırladaq ki, prezidenti Emmanuel Makron 10 dekabr - İnsan Hüquqları Günü İranda həbs edilmiş iki Fransa vətəndaşı Fariba Adelxah və Roland Marşalın dərhal azad edilməsinə çağırış etmişdi: "İnsan Hüquqları Günündə İranda həbsdə olan iki həmvətənimizi - ailəli olan Fariba Adelxah və Roland Marşalı düşünürəm. Onların həbsinə dözmək olmur. Hər ikisi dərhal azad edilməlidir. Mən bunu prezident Ruhaniyə söylədim və bu gün də təkrar edirəm".APA

Tarix: 12 Dekabr 2019, 01:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin