Reklam

Altı il əvvəl Zaqatalada evə basqın edən dəstə üzvünə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 10 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 16 avqust 2019-cu il tarixdə, saat 03 radələrində Zaqatala rayonunun Çökəkoba kəndində qeydə alınıb.


Belə ki, Kərim Kərimov həmkəndliləri olan 2 nəfərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında onlardan birinin qoca bibisi və bibisinin ərinin evindən 10 000 manat pulu və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə quldurluq etmək qərarına gəliblər. Həmin şəxslər quldurluq niyyəti ilə daxil olub, ev sahibinin əl-qolunu bağlayaraq hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar 293 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.


Zaqatala Rayon Polis Şöbəsi tərəfindən əyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində digər iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Daha sonra məhkəmə hər iki şəxsin barəsində ittihamedici hökm çıxarıb.


Kərim Kərimov məhkəmə ifadəsində hadisə zamanı evə daxil olmadığını, digər şəxslərlə əlbir olmadığını bildirib. O qeyd edib ki, təxminən 18 avqust 2019-cu il tarixdə Balakən rayonunun ərazisindən sərhədi keçib Gürcüstana, oradan da Rusiyanın Moskva şəhərinə gedib. Rusiyada olarkən 10 aprel 2024-cü il tarixdə tutulub və 12 aprel 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.


Kamal Məmmədov 

Tarix: 12 Avqust 2025, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin