BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqrar Xidmətlər Agentliyinin 3.2 milyonluq tenderi ləğv edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün qarayara, çiçək və infeksion nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edib.

 

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Xərclənməsi nəzərdə tutulan vəsaitin həcmi 3 185 061 AZN olub.

 

Cabir

Tarix: 12 Avqust 2025, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin