BURADA REKLAMINIZ OLA
BİLƏR

Əlli altı minlik dələduzluq edən memara hökm oxundu

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Xəyal Qurbanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 3 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, memar kimi fəaliyyət göstərən Xəyal Qurbanov zərərçəkmişlərdən birinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən istismara qəbul aktının alınması üçün 2022-ci ilin iyun ayının əvvəlində 15000 manat, digərinə Bakı şəhəri, Kürdaxanı qəsəbəsində yerləşən torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair çıxarışın Dövlət Reyestr Xidmətindən alınması üçün 6290 manat, daha bir zərərçəkmişin isə Bakı şəhərində olan evini təmir edəcəyi adı ilə 34750 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov 

Tarix: 13 Avqust 2025, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin