BURADA REKLAMINIZ OLA
BİLƏR

Səyahətlərdə yoluxucu xəstəliklərdən qorunma yolları açıqlandı

Səyahət zamanı bakteriya, virus, parazit və göbələk mənşəli infeksiyalara yoluxma riski artır. Xüsusilə immun sistemi zəif olan şəxslər və gigiyenaya diqqət etməyənlər daha çox təhlükə altındadır.

 

Pravda.az bildirir ki, səyahətdən əvvəl risk dəyərləndirməsi aparmaq, gediləcək ölkədə yayılan infeksiyalar və tələb olunan peyvəndlər barədə məlumat almaq tövsiyə olunur. Həkim məsləhəti ilə müvafiq vaksinlər və qoruyucu dərmanların istifadəsi vacibdir.

 

İnfeksiyalardan qorunmaq üçün əsas qaydalar arasında şəxsi gigiyenaya diqqət yetirmək, təhlükəli qidalardan və çiy sudan uzaq durmaq, balanslı qidalanmaq və lazım olduqda həkim nəzarətində dərman qəbul etmək yer alır.

 

Həmçinin, açıqda satılan yeməklərdən, xlorlanmamış sulardan və gigiyenasız məkanlardan uzaq durmaq səyahət zamanı sağlam qalmaq üçün əsas tədbirlərdən sayılır.

 

Əminə Bayramova

Tarix: 13 Avqust 2025, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin