BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürəkəninin əlil qardaşına qarşı əxlaqsızlıq edən ahıl kişi ilə bağlı QƏRAR

Naxçıvan MR Ali Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Pənah Kərimlinin (ad və soyad şərti) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 27 avqust 2024-cü ildə Culfa rayonunun ərazisində yerləşən kəndlərin birində qeydə alınıb.


Belə ki, 1940-cı il təvəllüdlü Pənah Kərimli qonşuluqlarında yaşayan və kürəkəninin qardaşına məxsus olan qarajın qapısının açıq olduğunu görüb. O, kiçik bayıra getmək üçün həmin qaraja daxil olub və orada kürəkəninin qardaşı, ağır dərəcəli əqli zəifliyinə görə I qrup əlilliyi olan, 1979-cu il təvəllüdlü, zərərçəkmiş Maqsud Maqsudovu görüb. Bu zaman ahıl kişi zərərçəkmişi yanına çağırıb taxta materiallı sandığın üzərində oturdub. Ardınca isə o, Maqsudun köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.


Hadisədən sonra Pənah Kərimli saxlanılaraq istintaqa cəlb edilib.


Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 
 

Tarix: 14 Avqust 2025, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin